Azərbaycanda 20 dövlət səhmdar cəmiyyətinin səhmləri özəlləşdirilməyə çıxarıldı

15:46 - 26.11.2018


26 noyabr, Fineko/abc.az. Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakı obyektlərinin  özəlləşdirilməsi üzrə hərrac keçirir.

Dövlət Komitəsinin məlumatında deyilir ki, növbəti hərrac dekabrın 25-də keçiriləcək.

“Hərraca 47 obyekt, o cümlədən 12 kiçik dövlət müəssisəsi və obyekti, 2 qeyri-yaşayış sahəsi, 20 səhmdar cəmiyyəti və 13 nəqliyyat vasitəsi təqdim olunacaq”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər