Neftin qiymətləri ciddi enişdən sonra yenidən qalxır

10:08 - 27.11.2018


27 noyabr, Fineko/abc.az. “Azəri Light” markalı xam neftin 1 barelinin qiyməti 1,88 dollar və  yaxud 3,07% yüksəlib.

Hazırda “Azəri Light” markalı neftin bir barelinin qiyməti 63,13 dollar təşkil edir.

26 noyabr tarixində “NYMEX” birjasında keçirilən ticarətin nəticəsində  “WTI” markalı neftin yanvar ayının fyuçers qiyməti  bir barelə 1,21 dollar (2,4%) yüksələrək bir barelə 51,63 dollar təşkil etmişdir.  

Bazar ertəsi günü keçirilən ticarətin nəticəsində “ICE” birjasında “Brent” markalı neftin yanvar ayının fyuçers qiyməti  1,68 dollar (2,86%) yüksələrək bir barelə 60,48 dollar təşkil etmişdir.

“Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi bu gün 8,85 dollara bərabərdir.

 

Bütün xəbərlər