Azərbaycanda vergi güzəştlərinin səmərəliliyinin monitorinqi keçiriləcək

10:00 - 16.11.2017


16 noyabr, Fineko/abc.az. Azərbaycan Respublikasının  Vergilər Nazirliyi vergi qanunvericiliyinə yeni düzəlişlər hazırlayıb.

Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayevanın sözlərinə əsasən, idarə, ölkənin sosial-iqtisadi siyasətini nəzərə almaqla vergi azadolmalarının və güzəştlərinin monitorinqinin keçirilməsi üzrə  layihə hazırlayıb.

“Təkliflərdə sabit vergi məbləği haqqında qəbzin əhatə dairəsinin genişləndirilməsi, həmçinin hüquqi şəxslər haqqında informasiyaya dəyişikliklərin daxil edilməsi üzrə elektron xidmətinin tətbiqi, informasiya mübadiləsi prosedurlarının sadələşdirilməsi nəzərdə tutulur”, - S.Musayeva belə deyib.

 

Bütün xəbərlər