Bu gün Bakının Xətai rayonunda su olmayacaq

12:34 - 27.11.2018


27 noyabr, Fineko/abc.az. “Azərsu” ASC içməli suyun verilməsində məhdudiyyətlərin olacağını bildirir.

“Azərsu” ASC-nin məlumatında deyilir ki, bu gün Xətai rayonu ərazisində yeni yaradılmış içməli su şəbəkəsinin magistral xətlərə qoşulması ilə əlaqədar işlər  həyata keçiriləcək.

“Bununla bağlı gün ərzində Xətai rayonunun bir hissəsinə (Əhmədli qəsəbəsinin bir hissəsinə və Köhnə Günəşli yaşayış massivinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər