Azərbaycan Almaniyaya ixrac missiyasını göndərdi

12:35 - 27.11.2018


27 noyabr, Fineko/abc.az. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) Almaniyaya növbəti  ixrac missiyası təşkil etmişdir.

İqtisadiyyat Nazirliyinin verdiyi məlumata görə, 27-30 noyabr tarixlərində Berlinə gələcək missiyanın tərkibinə 28 şirkət daxildir.

“Missiyaya ərzaq məhsulları istehsalı, tekstil və mebel sənayesi ilə məşğul olan şirkətlər daxildir. Missiya Almaniya sahibkarları ilə ikitərəfli görüşlər keçirəcək və yerli məhsulların Almaniyaya ixracını genişləndirmək məsələsini müzakirə edəcək”, - deyə nazirlikdən xəbər verildi.

 

Bütün xəbərlər