330x110
 

Azərbaycanda 6 bal gücündə zəlzələ baş verib

16.11.2017,10:02


16 noyabr, Fineko/abc.az.  Noyabrın 15-də gecə saatlarında Azərbaycanda zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə əsasən, zəlzələ yerli vaxtla saat 23:48-də Ağdam ərazisində qeydə alınıb.
Məlumatda deyilir: “Zəlzələ episentrdə 6 bal,  yaxın yaşayış məntəqələrində isə 5-3 bala qədər hiss olunub”.

Yeraltı təkanlar yerin 25 km dərinliyində 5.7 maqnituda olub.

Açar sözlər: zəlzələ maqnituda