Mərkəzi Bank 300 milyon manatlıq qısamüddətli notlar yerləşdirəcək

17:16 - 27.11.2018


27 noyabr, Fineko/abc.az. Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-nin məlumatında deyilir ki, 28 noyabr 2018-ci il tarixində 50100672S dövlət nömrəli qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

“Qısamüddətli notlar 300 milyon manat həcmində təqdim ediləcək, hər notun nominal dəyəri 100 manat təşkil edəcək. Notların tədavül müddəti 28 gündür”, - BFB-nin məlumatında belə deyilir.

 

Bütün xəbərlər