Azərbaycan neftinin qiyməti azaldı

09:53 - 28.11.2018


28 noyabr, Fineko/abc.az. “Azəri Light” markalı xam neftin 1 barelinin qiyməti 0,10 dollar və yaxud 0,16% azalıb.

Hazırda “Azəri Light” markalı neftin bir barelinin qiyməti 63,03 dollar təşkil edir.

27 noyabr tarixində “NYMEX” birjasında keçirilən ticarətin nəticəsində  “WTI” markalı neftin yanvar ayının fyuçers qiyməti  bir barelə 0,07 dollar (0,14%) enərək bir barelə 51,56 dollar təşkil etmişdir.  

Çərşənbə axşamı keçirilən ticarətin nəticəsində “ICE” birjasında “Brent” markalı neftin yanvar ayının fyuçers qiyməti  0,27 dollar (0,45%) enərək bir barelə 60,21 dollar təşkil etmişdir.

“Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi bu gün 8,65 dollara bərabərdir.

 

Bütün xəbərlər