Maliyyə Nazirliyi dövlət ortamüddətli istiqrazları yenə də tam həcmdə yerləşdirmədi

10:39 - 28.11.2018


28 noyabr, Fineko/abc.az. Ötən gün Azərbaycan Maliyyə Nazirliyi Bakı Fond Birjası (BFB) vasitəsilə dövlət ortamüddətli istiqrazların (DOİ) satışını həyata keçirməyə cəhd edib. 

BFB xəbər verir ki, noyabrın 27-də  AZ0106018697 nömrəli, 30 milyon manat həcmində və tədavül müddəti 1092 gün olan DOİ buraxılışı yerləşdirilib. 

Hərrac zamanı 7 investordan bir istiqraza 95,4653 AZN-dən (gəlirlik 10,8100%)  100,2583 AZN-ə (8,9000%) qədər qiymət intervalında 10  sifariş daxil olmuşdur.

Maliyyə Nazirliyinin qərarına əsasən, kəsmə qiyməti 100,0000 AZN (gəlirlik 9,0000%), orta ölçülmüş qiymət 100,0274 AZN (8,9893%) səviyyəsində müəyyən edilmişdir.

Sifarişlərin ümumi məbləği 31 834,8 min manat olmaqla, DOİ 20 180,0 min manat məbləğində yerləşdirilmişdir.

DOİ-nin ödəmə tarixi: 23 noyabr 2021-ci il.

 

Bütün xəbərlər