2022-ci ilin sonunda ARDNF-nin aktivləri 51 milyard dollara çatdırılacaq

28.11.2018,16:30


28 noyabr, Fineko/abc.az. 2022-ci ilin sonunadək Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 50,8 milyard dollara çatdırılacaq.

Fondun icraçı direktorunun müşaviri  Nərgiz Nəsrullayeva-Müdüroğlu, “Azeri Observer” jurnalına verdiyi müsahibədə bildirib ki, Fondun gəlirləri üzrə ortamüddətli və uzunmüddətli proqnozlar neftin bir barrelə orta hesabla 60 dollar səviyyəsinə əsaslanır.

“Hazırkı proqnozumuza görə, 2022-ci ilin sonunda ARDNF-nin aktivləri 50,8 milyard dollar təşkil edəcək”, - deyə N. Nəsrullayeva-Müdüroğlu bildirib.

Onun sözlərinə görə, 2015-2016-cı illərdə neftin qiymətlərində kəskin azalma fonunda Fondun aktivlərinin azalması müşahidə olunsa da, neftin qiymətinin artması və büdcə xərclərinin uğurla optimallaşdırılması 2017-ci ildən aktivlərin artımını bərpa etməyə imkan verib və hazırda aktivlər 38,9 milyard dollar təşkil edir.