Mərkəzi Bank 300 milyon manat həcmində qısamüddətli notlar yerləşdirdi

28.11.2018,17:42


28 noyabr, Fineko/abc.az. Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.

BFB-in məlumatında deyilir ki, 28 noyabr tarixində AMB 50100672S dövlət nömrəli, 300 milyon manat həcmində, 28 gün müddətinə qısamüddətli notlar təklif etmişdir.

14 investordan 787 634,6 min manat məbləğində 25 sifariş daxil olmuşdur. İnvestorlar qısamüddətli  notlar üçün 99,4004 manat (gəlirlilik 7,76%) təklif etmişlər.

Mərkəzi Bankın qərarına əsasən, kəsmə qiyməti 99,4004 manat (gəlirlilik 7,76%), orta ölçülmüş qiymət də həmin səviyyədə müəyyən edilmişdir. Nəticədə 300 milyon manat həcmində qısamüddətli notlar yerləşdirilmişdir.

Notların ödəmə tarixi: 26 dekabr 2018-ci il.