Azərbaycanda yerli istehsalçılar üçün yeni üçillik vergi güzəştləri tətbiq ediləcək

10:23 - 16.11.2017


16 noyabr, Fineko/abc.az. Azərbaycanın Vergilər Nazirliyi yerli istehsalın stimullaşdırılması üzrə yeni təkliflər hazırlayıb.

Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayevanın sözlərinə əsasən, yeni vergi güzəştləri növbəti üç il üçün nəzərdə tutulub.

“Təkliflərdə, Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla, ixracyönümlü məhsulların istehsalı ilə məşğul olan yerli ixracatçılar üçün vergi güzəştlərinin tətbiqi, həmçinin, özəlləşdirilmiş dövlət əmlakına vergi azadolmaları nəzərdə tutulur”, - S. Musayeva belə deyib.

 

 

Bütün xəbərlər