Neftin qiyməti endi

09:58 - 29.11.2018


29 noyabr, Fineko/abc.az. “Azəri Light” markalı xam neftin 1 barelinin qiyməti 1,00 dollar və  yaxud 1,59% azalıb.

Hazırda “Azəri Light” markalı neftin bir barelinin qiyməti 62,03 dollar təşkil edir.

28 noyabr tarixində “NYMEX” birjasında keçirilən ticarətin nəticəsində  “WTI” markalı neftin yanvar ayının fyuçers qiyməti  bir barelə 1,27 dollar (2,46%) düşərək bir barelə 50,29 dollar təşkil etmişdir.  

Çərşənbə günü keçirilən ticarətin nəticəsində “ICE” birjasında “Brent” markalı neftin yanvar ayının fyuçers qiyməti  1,45 dollar (2,41%) enərək bir barelə 58,76 dollar təşkil etmişdir.

“Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi bu gün 8,47 dollara bərabərdir.

 

Bütün xəbərlər