AYİB: Hökumət Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsini başa çatdırmalıdır

16:50 - 29.11.2018


29 noyabr, Fineko/abc.az. Hökumət Azərbaycanda bank sektorunun yenidən qurulması üçün vacib addımlar atmalıdır.

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) "Transition Report 2018-19" hesabatına əsasən, Azərbaycan Beynəlxalq Bankının (ABB) özəlləşdirilməsi 2019-cu ildə bank sistemində risklərin azaldılmasının əsas prioritetlərindən biri olaraq qalır.

“Bu prosesi sonraya saxlamaq olmaz, həmçinin gələn il işləməyən kreditlərin problemi həll olunmalı və bir sıra bankların kapital çatışmazlığı aradan qaldırılmalıdır”, - hesabatda belə deyilir.

 

Bütün xəbərlər