Azərbaycan neftinin qiyməti yüksəlib

10:02 - 30.11.2018


30 noyabr, Fineko/abc.az. “Azəri Light” markalı xam neftin 1 barelinin qiyməti 0,36 dollar və yaxud 0,58% yüksəlib.

Hazırda “Azəri Light” markalı neftin bir barelinin qiyməti 62,39 dollar təşkil edir.

29 noyabr tarixində “NYMEX” birjasında keçirilən ticarətin nəticəsində  “WTI” markalı neftin yanvar ayının fyuçers qiyməti  bir barelə 1,16 dollar (2,31%) qalxaraq bir barelə 51,45 dollar təşkil etmişdir.  

Cümə axşamı keçirilən ticarətin nəticəsində “ICE” birjasında “Brent” markalı neftin yanvar ayının fyuçers qiyməti  0,75 dollar (1,28%) qalxaraq bir barelə 59,51 dollar təşkil etmişdir.

“Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi azalmağa davam edir və bu gün 8,06 dollara bərabərdir.

 

Bütün xəbərlər