Azərbaycan Birbaşa dəmir yolu bağlantısı haqqında Konvensiya” mətninin qəbuluna dair Beynəlxalq Konfransında iştirak edib

11:15 - 30.11.2018


30 noyabr, Fineko/abc.az. Polşanın paytaxtında “Birbaşa dəmir yolu bağlantısı haqqında Konvensiya” mətninin qəbuluna dair Beynəlxalq Konfransın V sessiyası keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatında deyilir ki, tədbirdə ölkəni QSC-nin Hüquq Nicat Quliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. 

“Sessiyanın işində DYƏT-ə üzv olan 23 ölkənin nümayəndə heyətləri, həmçinin DYƏT Komitəsinin, Avropa Birliyinin və Avrasiya İqtisadi Komissiyasının nümayəndələri iştirak ediblər.

Tədbir gündəliyi çərçivəsində Polşa İnfrastruktur nazirinin müavini Andjey Bittel Konfrans sədrinin müavini vəzifəsinə seçilib. Sessiyada Konvensiyanın əsas mətninin müzakirəsi davam etdirilib. Müzakirələr nəticəsində Konvensiya layihəsinin 39–49-cu maddələrin mətni qəbul edilib”, - məlumatda belə deyilir.

Məlumatda həmçinin deyilir ki,  Azərbaycan nümayəndə heyəti sessiyada müzakirəyə çıxarılan Konvensiya maddələrinə dair bir sıra təkliflər irəli sürüb. Digər nümayəndə heyətləri həmin təkliflərin bir çoxunu dəstəkləyib və onlar Konvensiyanın əsas mətninə daxil edilib.

Tədbirdə Beynəlxalq Konfransın VI sessiyasının tarixi və gündəliyi də müzakirə olunub. Növbəti sessiyanın 25-29 mart 2019-cu il tarixində Varşavada keçirilməsi qərara alınıb.

Azərbaycanın nümayəndə heyətinin tərkibinə Azərbaycan Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin böyük məsləhətçisi Ayxan Əlməmmədov və “Azərbaycan Dəmir Yolları” QSC Hüquq şöbəsi müqavilələr bölməsinin rəisi Türkan Yusibova daxil idilər.

 

 

Bütün xəbərlər