Azərbaycan parlamenti 2019-cu ilin dövlət büdcəsini təsdiqləyib

12:48 - 30.11.2018


30 noyabr, Fineko/abc.az. Azərbaycan parlamenti 2019-cu ilin dövlət büdcəsini təsdiqləyib.

2019-cu il dövlət büdcəsinin gəlirləri 23.168 milyard manat, xərcləri 25.190 milyard manat, büdcə kəsiri isə 2.022 milyard manat səviyyəsində təsdiq olunub. Büdcəyə əsasən, Vergilər Nazirliyi xətti ilə daxilolmalar  7,316 milyard manat, Dövlət Neft Fondundan transfert 11,364 milyard manat, Dövlət Gömrük Komitəsi vasitəsilə 3,702 milyard manat, digər gəlirlər hesabına isə daxilolmalar 785,6 milyon manat təşkil edəcək.

Dövlət büdcəsində neftin qiyməti 2019-cu ildə 60 dollar səviyyəsində müəyyən edilib.

 

Bütün xəbərlər