Azərbaycanda 2019-cu il üzrə İşsizlikdən Sığorta Fondunun büdcəsini təsdiqlənib

15:06 - 30.11.2018


30 noyabr, Fineko/abc.az. Azərbaycan parlamenti bu gün üçüncü oxunuşda Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun 2019-cu il üzrə büdcələrini təsdiqləyib.

Layihəyə görə, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri və xərcləri 3,928 milyard manat səviyyəsində müəyyənləşdirilib  ki, bu da 2018-ci ildə olandan 9,8% çoxdur. Fondun  gəlirindən 1,502 milyard manat dövlət büdcəsindən transfertlər hesabına təmin olunacaq. İcbari sosial sığorta üzrə ayırmalar 2,419 milyard manat,  o cümlədən,  büdcə işçilərindən 811,687 milyon manat, şəxsi mülkiyyətçilərdən 1,497 milyard manat həcmində proqnozlaşdırılır.

2019-cu ildə əhaliyə ödənişlər 3,834 milyard manat, o cümlədən pensiya ödənişi 3,743 milyard manat, müavinətlərin ödənişi 91,944 milyon manat təşkil edəcək.

2019-cu ildə İşsizlikdən Sigortası Fondunun gəlir və xərcləri 83,451 milyon manat olacaq və büdcə təşkilatlarının işçilərindən daxil olan vəsaitlər, büdcə təşkilatlarının işçilərindən tutulan ayırmalar şəklində,  özəl sektor işçilərinin gəlirləri hesabına təmin ediləcək. Fondun xərcləri 2019-cu ildə 451,4 milyon AZN təşkil edəcək və işsizlik müavinətləri, əmək birjaları və yarmarkaların təşkili, ödənişli ictimai işlərin təşkili, özünü məşğulluq fəaliyyəti və s. hesabına formalaşacaq.

 

Bütün xəbərlər