IPRA-dan “Türkdilli Dövlətlərin PR Mütəxəssislərinin Birinci Bakı Forumu”na dəstək

15:53 - 30.11.2018


30 noyabr, Fineko/abc.az. Mənzil qərargahı Londonda yerləşən Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası (IPRA - International Public Relations Association) 26 yanvar 2018-ci il tarixində Türk dünyasında ilk dəfə keçiriləcək “Türkdilli  Dövlətlərin  PR Mütəxəssislərinin Birinci Bakı Forumu”nun rəsmi  tərəfdaşı  oldu. IPRA-dan gələn dəstək məktubunda forumun Türkdilli  Dövlətlərin PR mütəxəssisləri arasında qarşılıqlı əlaqələrin yaradılmasında və PR sahəsində yeni metodların tətbiq edilməsində  böyük rol oynayacığına əminlik də bildirilib. IPRA prezidenti Forumun fəxri qonaqlarından biri olacaq və spiker kimi çıxış edəcək.

Xatırladaq ki, Forumun əsas məqsədi Türkdilli Dövlətlərin PR Mütəxəssislərini bir araya gətirmək, türkdilli ölkələrin  PR mütəxəssislərinin qarşılıqlı  əməkdaşlığını  genişləndirmək, PR sahəsinə yeni tendensiyalar və ideyalar  gətirərək  bu sahənin inkişafını  təmin etməkdir. Bu günə kimi, Forumda Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan PR mütəxəssisləri, həmçinin yerli şirkətlərdə çalışan PR mütəxəssisləri iştiaklarını təsdiqləyiblər. Bilet satışının gələn həftə başlayacağına baxmayaraq, artıq bir neçə şirkət və təşkilatlardan, habelə fərdi şəxslərdən biletlər sifariş edilib.

Forumun təşkilat qrupu

Əlaqə nömrəsi: 050 233 66 82

Bütün xəbərlər