Vergi Məcəlləsinə radikal düzəlişlər edildi

16:02 - 30.11.2018


30 noyabr, Fineko/abc.az. Azərbaycan parlamenti  bu gün 2019-cu ilin  dövlət büdcəsi layihəsinin təsdiqlənməsi çərçivəsində Vergi Məcəlləsinə vergi sistemində ciddi dəyişiklikləri nəzərdə tutan düzəlişləri qəbul edib.

Düzəlişlərdə,  2019-cu il yanvarın 1-dən başlayaraq 7 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyridövlət sektoruna aid edilən vergi ödəyicilərində muzdlu işləyən fiziki şəxslərin aylıq gəlirləri 8000 manatadək olduqda gəlir vergisi üzrə 100 faiz müəyyən edilməsi nəzərdə tutulub.

Dəyişikliklər həmçinin Azərbaycanda istehsal olunan alkoqollu (bir litrə 2 manat) və alkoqolsuz içkilərə (bir litrə 3 manat) enerji içkiləri və elektron siqaret üçün 20 manat məbləğində aksizli vergilərdən istifadəni nəzərdə tutur. Tütün siqaretlərinə aid aksiz vergisinin ölçüsü 1000 ədəd üçün 12 manatdan 20 manata qədər artırılacaq.

Ticarət sahəsində çalışan sahibkarlar üçün sadələşdirilmiş vergi artıq 6%-dir, bu da aradan qaldırılır və ictimai iaşə sahəsində sahibkarlar üçün vergi 8% səviyyəsində saxlanılır.

İndi Bakıda 4%, regionlarda və Naxçıvanda 2% təşkil edən sadələşdirilmiş vergi  2% həcmində hesablanacaq. Eyni zamanda, iaşə obyektlərinin işçiləri (ofisiantlar), həmçinin bərbər və dərzilər sadələşdirilmiş vergi ödəyiciləri olacaqlar. Ofisiantlar  ayda 30 manat, bərbərlər - 20 manat, dərzilər - 10 manat ödəyəcəklər.

Eyni zamanda, sosial ayırmalar üzrə  fərqli dərəcə tətbiq etmək planlaşdırılır, belə ki, işçinin aylıq gəlir məbləği 200 manatadək olduqda işçi üzrə 3 faiz, işəgötürən üzrə 22 faiz həddində müəyyənləşdirilməsi nəzərdə tutulub.

Aylıq gəlir məbləği 200 manatdan çox olduqda isə işçi üzrə 6 manat və 200 manatdan yuxarı olan hissənin 10,0 faizi, işəgötürən üzrə 44 manat və 200 manatdan yuxarı olan hissənin 15,0 faizi həddində müəyyənləşdirilməsi nəzərdə tutulub.

Dəyişikliklər həmçinin mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün mənfəət, əmlak, torpaq vergisi və ƏDV üzrə yeddi illik vergi güzəştləri nəzərdə tutur. KOB klasterinə daxil olan şirkətlər tərəfindən istehsal və emal məqsədilə texnika, texnoloji avadanlıq və qurğuların idxalının da 7 il müddətinə ƏDV-dən azad edilməsi təklif olunur.

Bundan başqa, kiçik və orta biznes klasterinin iştirakçısı olan sahibkarlar tərəfindən göstərilmiş xidmətlərdən əldə edilən gəlirlərin əsaslı xərclərə yönəldilmiş hissəsi 7 il müddətinə gəlir vergisindən azad edilir.

Mikro-sahibkarlıq subyektləri üçün nəzərdə tutulan güzəştlərə sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir və mənfəətin 75%-nin vergidən azad edilməsi daxildir. Bundan başqa, mikro-sahibkarlıq subyekti olan fərdi sahibkarlar və hüquqi şəxslər əmlak vergisindən azad edilirlər.

Avtomobil idxalına aksiz vergisinin artırılması nəzərdə tutlur.  Belə ki, mühərrikin həcmi 2 min sm3 qədər olan aksiz hər sm3 üçün 0,30 manat (indi 0,20 manatdır), mühərrikin həcmi 3 min sm3 qədər – 600 manat (indi  400  manat)+ 2001- 3000 sm3 həcm üçün daha 5 manat (3 manat). Mühərrikin  həcmi 4 min sm3  üçün - 5600 manat (indi 3400 manat) + 3001- 4000 sm3 həcm üçün -  13 manat (8 manat), mühərrikin həcmi  5 min sm3 qədər- 18 600 manat (11400 manat)+ daha 35 manat (20 manat) mühərrikin həcmi  üçün 4001-5000 sm3.

Həmçinin,   mühərrikin həcmi  5 min sm3 yuxarı olan mühərriklər və daha + 70 manat (40 manat) 5 min sm3 yuxarı həcmdə hər sm3 üçün 53 600 manat (31 400 manat) həcmində aksiz vergisi,  tutulacaq.

İdxal edilən avtobuslar da aksiz vergisinə cəlb olunacaq, belə ki, mühərrik həcmi 4 min sm3-ə qədər olarsa, hər sm3-ə 2 manat həcmində aksiz vergisi tətbiq olunacaq. Həmçinin, 6  min sm3 qədər həcm üçün - 8 min manat  və daha 4 manat hər hər kub santimetrə 4 001-6 000 sm3,  mühərrik həcmi  8 min sm3 qədər avtobuslar üçün - 16 000 manat  və 6 001- 8 000 sm3 həcm üçün daha 6 manat. Əgər mühərrikin həcmi 10 000 sm3 qədər olarsa, o zaman 10 min manat  və + 8 manat 8 001- 10 000 sm3 həcmin hər kub santimetri üçün. Mühərrikin həcmi 10 000 sm3 yuxarı olan avtobuslar üçün aksiz vergisi  44 000 manat  və hər 10 000 sm3 üçün daha 10 manat təşkil edəcək.

 

Bütün xəbərlər