Sinoptiklər Azərbaycanda hava şəraitinin pisləşəcəyini xəbər verdilər

16:15 - 30.11.2018


30 noyabr, Fineko/abc.az. Sinoptiklər Bakıda və Abşeron yarımadasında hava şəraitinin pisləşməsi barədə xəbərdarlıq edirlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən xəbər verdilər ki, Bakıda və Abşeronda dekabrın  biri və ikisində  yağıntılar gözlənilir.

“Yarımadanın bəzi yerlərində yağıntılar intensiv ola bilər. Dekabrın 2-də gün ərzində şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir”, - məlumatda belə deyilir.

Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraiti dekabrın 2-də gündüz saatlarına qədər davam edəcək. Arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntılar intensiv olacaq.

 

Bütün xəbərlər