Azərbaycanda ətraf mühit və sağlamlıq lehinə polietilen torbalardan imtina etmək təklif edilib

17:13 - 30.11.2018


30 noyabr, Fineko/abc.az. Ekologiya Nazirliyi hesab edir ki, ticarət şəbəkələrində geniş yayılmış polietilen  torbalar ətraf mühitə zərərlidir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Umayra Tağıyeva, plastik torbaların ən təhlükəli el arasında  "pinqvin" adlandırılan paketlərin olduğunu bildirib.

“Plastik tullantıların ətraf mühitə mənfi təsirini azaltmaq üçün, nazirlik tərəfindən aktiv təbliğat işləri aparılır.  Bu məsələnin həll edilməsi üçün tədbirlər hazırlamaq və qəbul etmək üçün də işlər görülür”, - deyə U.Tağıyeva bildirib.

Onun sözlərinə görə, plastik məmulatların istifadəsini məhdudlaşdırmağa hazır olma haqqında  sorğu aparılıb və respondentlərin 80-90,6%-i sorğuda müsbət cavab verib.
“Pinqvin” adlanan polietilen  torbalar ən təhlükəlidir  və əsasən qadınlar tərəfindən məişətdə istifadə olunur. Onlar bilməlidir ki, həmin polietilen  torbalar gündəlik həyatda istifadə olmasına baxmayaraq, həm sağlamlıq, həm də ətraf mühit üçün böyük təhlükə yarada bilər. Alternativ şüşə və ya mina örtüklü qablardan da istifadə etmək olar. Marketlərə gəlincə isə, burada  kağız və ya parça paketlərə üstünlük verilməlidir”, - deyə U.Tağıyeva bildirib.

Bütün xəbərlər