Dövlət əmlakının özəlləşdirilməsi üzrə ilk hərrac 2019-cu ildə yanvarın 8-də keçiriləcək

15:24 - 3.12.2018


3 dekabr, Fineko/abc.az. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, dövlət əmlakının özəlləşdirilməsi üzrə ilk hərracın 2019-cu ildə keçiriləcəyi tarixi müəyyənləşdirdi.

Dövlət Komitəsinin məlumatında deyilir ki, növbəti hərrac 8 yanvar 2019-cu il tarixində keçiriləcək.

“Hərraca ümumilikdə 147 dövlət əmlakı çıxarılıb. Onlardan 87-si kiçik dövlət müəssisə və obyekti, 43-ü qeyri-yaşayış sahəsi, 17-si isə səhmdar cəmiyyətidir”, - məlumatda belə deyilir.

Hərraca  çıxarılan dövlət əmlakları barədə ətraflı məlumat Dövlət Komitəsinin saytında  emdk.gov.az  və  özəlləşdirilmənin portalında privatization.az təqdim olunub.

 

Bütün xəbərlər