Azər Türk Bankda səhmdarların ümumi yığıncağı keçirildi

15:39 - 3.12.2018


3 dekabr, Fineko/abc.az. Dekabrın 3-də “Azər-Türk Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilmişdir.

Bankın mətbuat xidmətindən verilən məlumata görə, iclasda təşkilatın idarəetmə orqanlarının səlahiyyət müddətinin uzadılması barədə məsələyə baxılıb.

Qəbul edilən qərara əsasən, “Azər-Türk Bank” ASC-nin  Müşahidə Şurası, Audit Komitəsi və İdarə Heyəti üzvlərinin eyni tərkibdə səlahiyyət müddəti  uzadılıb.

1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

Bütün xəbərlər