Azərbaycanın energetika naziri OPEC+ ölkələri nazirlərinin 5-ci iclasında iştirak edəcək

10:44 - 4.12.2018


4 dekabr, Fineko/abc.az. Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindonun dəvəti ilə Azərbaycanın energetika naziri Pərviz Şahbazov 4-7 dekabr tarixlərində Vyanada səfərdə olacaq.

Azərbaycan Respublikası Energetika Nazirliyindən verilən məlumata əsasən, işgüzar səfəri çərçivəsində Pərviz Şahbazov OPEC-in Monitorinq Komitəsinin 12-ci iclasında və OPEC + nazirlərinin dekabrın 7-də keçiriləcək 5-ci iclasında iştirak edəcək.

“Azərbaycan dünya neft bazarında tarazlığın və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə aparılan məsləhətləşmələrdə ilk vaxtlardan yaxından iştirakını davam etdirəcək”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər