Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları noyabrda 54,5 milyon dollar artıb

17:32 - 4.12.2018


4 dekabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 2018-ci ilin noyabr ayında, oktyabr ayına nisbətən,  54,5 milyon dollar və yaxud təxminən 1% artıb.

AMB-in məlumatına əsasən, valyuta ehtiyatları  dekabrın 1-də 5590,9 milyon dollar, noyabrın 1-də 5536,4 milyon dollar,  oktyabrın 1-də 5534, milyon dollar, sentyabrın 1-də 5503,5 milyon dollar və avqustun 1-də 5546,9 milyon dollar təşkil edib.

“İyulun 1-də valyuta ehtiyatları 5512,7 milyon dollar, iyunun 1-də 5471,4 milyon dollar, mayın 1-də 5465,8 milyon dollar, aprelin 1-də 5508,0 milyon dollar, martın 1-də 5387,3 milyon dollar, fevralın 1-də 5381,2 milyon dollar və yanvarın 1-də 5334,6 milyon dollar təşkil edib”, - məlumatda belə deyilir.

Beləliklə, 2018-ci ilin yanvar-noyabr aylarında AMB-nin valyuta ehtiyatları 256,3 milyon dollar və ya 4,8 faiz artıb.

2017-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 34,2% artıb.

 

Bütün xəbərlər