Samir Şərifov: manatın həddindən artıq güclənməsi ixrac üçün risklərin yaranmasına gətirib çıxara bilər

05.12.2018,11:49


5 dekabr, Fineko/abc.az. Azərbaycan hökuməti milli valyutanın həddindən artıq güclənməsində maraqlı deyil.

Azərbaycanın maliyyə naziri Samir Şərifovun sözlərinə görə, Azərbaycan manatının məzənnəsinin həddindən artıq güclənməsi ilk növbədə yerli istehsalçılara mənfi təsir göstərəcək.

“Manatın məzənnəsinin möhkəmlənməsi ixraca mənfi təsir göstərəcək və idxal artımına gətirib çıxaracaq. Buna görə son illərdə həyata keçirilən siyasət makroiqtisadi balansın və davamlı iqtisadi artımın dəstəklənməsinə yönəlib”, - deyə nazir bildirib.

 

 

Açar sözlər: Manat Şərifov