Azərbaycanda ilk Ünvan Portalı fəaliyyətə başlayır

12:14 - 5.12.2018


5 dekabr, Fineko/abc.az. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilk Ünvan Portalını yaradıb.

Komitənin məlumatında deyilir ki,  Portal, ünvanların axtarışını asanlaşdırmaq üçün yaradılmışdır.

“Bütün respublika üçün ünvan məlumatları vahid virtual mərkəzdə toplanır, ünvanların elektron idarə edilməsinə nail olunur”, - deyə Komitədən bildirildi.

Komitədən  xəbər verildi ki, portalın rəsmi təqdimatı sabah, dekabrın 6-da Excelsior otelində keçiriləcək.

 


Bütün xəbərlər