İlham Əliyev Rusiya turistlərini Azərbaycana dəvət etdi

05.12.2018,12:16


5 dekabr, Fineko/abc.az. Prezident İlham Əliyev Rusiya vətəndaşlarını Azərbaycana turizm səfərinə dəvət etdi.

Azərbaycan prezidenti İlham Əliyev "Rusiya-24" telekanalına müsahibəsində bildirib ki, ölkəyə gələn turistlərin arasında birinci yeri Rusiya vətəndaşları tutur.

“İl hələ bitməyib, ancaq artıq 800 mindən artıq Rusiyalılar gəlib. Rusiyalılar daimi olaraq birinci yerdədirlər”, - deyə dövlət başçısı bildirib.

Onun sözlərinə görə, son iki ildə turizmin artması müşahidə edilib. Belə ki, 2016-cı ildə turistlərin artımı 22%, 2017-ci ildə isə 20% təşkil edib.

“Biz bu il hələ bilmirik, lakin artım da olacaq. Turistləri, ilk növbədə, özlərini burada hiss etdikləri şərait cəlb edir. Rusiyalılara gəldikdə isə, düşünürəm ki, onlar özlərini öz evlərinkəki kimi hiss edirlər. Burada dil bariyeri yoxdur, onlara qarşı çox yaxşı münasibət bəslənir, ortaq tariximiz də əhəmiyyətli rol oynayır. Təhlükəsizlik, rahatlıq, Azərbaycan xalqının qonaqpərvərliyi, tarixi abidələr, iqlim səviyyəsi - turistlərin Azərbaycana cəlb edən amillərin sayı çoxdur. Hesab edirəm ki, Rusiyalılar  məni eşidir. Mən onları məmnuniyyətlə ölkəmizə səfərə dəvət edirəm. Onlara hər zaman çox şadıq”, - deyə İ.Əliyev bildirib.