Ramin Quluzadə: Azərbaycanda mobil rabitə abunəçilərinin sayı əhali sayından 6% çoxdur

12:58 - 5.12.2018


5 dekabr, Fineko/abc.az. Bu gün Bakıda “Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar” (Bakutel -2018)  adlı 24-cü Azərbaycan Beynəlxalq Sərgi və Konfransı çərçivəsində birinci Xəzər İnnovasiya Konfransı keçirilir.

Konfrans zamanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, Azərbaycanda mobil rabitə abunəçilərinin sayı əhali sayından  6% çoxdur.

“Ölkə əhalisinin 80%-dən çoxu internet istifadəçisidir, ev təsərrüfatlarının 68%-də kompüterlər vardır. Simsiz genişzolaqlı internet istifadəçilərinin payı isə 73% təşkil edir”, - deyə Ramin Quluzadə bildirib.

 

Bütün xəbərlər