Prezident İlham Əliyev Corc Buşun vəfatı ilə əlaqədar ABŞ-ın ölkəmizdəki səfirliyində olub

05.12.2018,13:09


5 dekabr, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev ABŞ-ın ölkəmizdəki səfirliyində olub.

Dövlət başçısı ABŞ-ın 41-ci Prezidenti, görkəmli dövlət xadimi Corc Herbert Uoker Buşun vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb.

Prezident İlham Əliyev ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Viliam Gill ilə söhbət edib və  Corc Buşun görkəmli dövlət xadimi olduğunu deyib, onunla bağlı xatirələrini yada salıb.