Azərbaycanda radiotezliklər üzrə hərrac keçiriləcək

14:51 - 5.12.2018


5 dekabr, Fineko/abc.az. Azərbaycanda radiotezliklər üzrə hərrac keçiriləcək.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin sözlərinə görə, telekommunikasiya və informasiya xidmətlərinin inkişafı üzrə strateji yol xəritəsinə əsasən, 2020-ci ilədək LTE xidmətlərinə dair 700-800 MHz tezlik diapazonu ayrılacaq.

“Hazırda bu prosesə texniki hazırlıqlar aparılır, həmçinin, beynəlxalq təcrübəyə uyğun olaraq radiotezliklər üzrə hərracların keçirilməsi üçün təkliflər paketi hazırlanır”, - nazir belə deyib.

 

Bütün xəbərlər