Azərbaycan və BƏƏ qlobal neft bazarının mövcud vəziyyətini müzakirə etdilər

05.12.2018,15:38


5 dekabr, Fineko/abc.az. Energetika naziri Pərviz Şahbazov OPEC Konfransının prezidenti, BƏƏ-nin energetika naziri Suhail Mohamed Al Mazrouei ilə görüşüb.

Nazirliyin məlumatında deyilir ki,  görüşdə qlobal neft bazarının mövcud vəziyyəti müzakirə olunub.

“Nazirlər neftin ucuzlaşmasının qarşısının alınması, bazarda sabitliyə nail olmaq məqsədilə mümkün variantlar üzrə müzakirə aparıblar.  Həmçinin tərəflər Azərbaycanın OPEC+ əməkdaşlıq formatında rolu, eləcə də BƏƏ ilə ölkəmiz arasında  enerji sahəsində əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparıb”, - məlumatda belə deyilir.

 

Açar sözlər: Pərviz Şahbazov OPEC