Avropa Komissiyası dollardan imtina etməyi stimullaşdırmağa çağırdı

05.12.2018,17:39


5 dekabr, Fineko/abc.az. Avropa Komissiyası, avronu iqtisadiyyatın strateji sektorlarında daha fəal istifadə etməyə çağırdı. Təşkilatın məlumatında belə deyilir.

AK-nın relizində qeyd edildiyi kimi, əsas alıcılar, eləcə də əhəmiyyətli istehsalçılar mövqeyinə baxmayaraq, Avropa biznesi hələ də əsas strateji bazarlarda, hətta öz aralarında da ABŞ dolları ilə ticarət edir.

“Bu, bazarları siyasi və valyuta risklərinə məruz qoyur və onları dollarla nominasiya olunmuş əməliyyatlara birbaşa təsir edən birtərəfli qərarlardan asılı vəziyyətə qoyur. Bu çərçivədə Avropa Komissiyası, bu gün beynəlxalq enerji razılaşmaları və tranzaksiyalarda avronun daha geniş istifadə edilməsini təşviq etmək üçün tövsiyə qəbul etdi”, - məlumatda belə deyilir.

AK liderlərinə dekabr ayında avroun beynəlxalq rolunu müzakirə etmək təklif edilmişdir.

Bundan başqa, Avropa Komissiyası neft və qaz üzrə sövdələşmələrdə Avropa valyutasının daha geniş istifadəsi ilə bağlı məsləhətləşmələr aparmaq niyyətindədir. Nəticələr 2019-cu ilin yay aylarında açıqlanacaq.