2018-ci ilin 11 ayı ərzində ARDNF 5,8 milyard həcmində valyuta satıb

11:09 - 6.12.2018


6 dekabr, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) yerli bazarda xarici valyuta satışının şəffaflığını davam etdirir.

ARDNF-nin məlumatına görə, fond, 2018-ci ilin noyabr ayında valyuta hərraclarında 654.1 milyon dollar satmışdır.

Oktyabrda 489,6 milyon dollar, sentyabr ayında 394,8 milyon dollar, avqust ayında 733,7 milyon dollar, iyulda 536,6 milyon dollar, iyunda 439 milyon dollar, may ayında 422,7 milyon dollar, aprel ayında - 802,6 milyon dollar, martda - 647 milyon dollar, fevralda - 364,1 milyon dollar, yanvar ayında isə 299,1 milyon dollar satılmışdır.

2018-ci ilin 11 ayı ərzində ARDNF hərraclarda 5783,3 milyon dollar satmışdır.

ARDNF 2017-ci il ərzində  hərraclarda 3597,8 milyon dollar məbləğində valyuta satmışdır.

 

Bütün xəbərlər