Azərbaycan Qran Prisi 26-28 aprel 2019-cu il tarixlərində keçiriləcək

13:38 - 6.12.2018


6 dekabr, Fineko/abc.az. Sankt-Peterburqda, FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasının  iclası keçirilib.

f1news.ru saytının məlumatına görə, iclasda 2019 mövsümünün Formula 1 təqvimi və idman və texniki qaydalara düzəlişləri təsdiqlənib.

“Azərbaycan Qran Prisi 26-28 aprel 2019-cu il tarixlərində nəzərdə tutulub”, - məlumatda belə deyilir.

2018-ci ildə Formula 1 Bakı mərhələsi 27-29 aprel tarixlərində keçirilmişdir.

 

Bütün xəbərlər