Azərbaycanın energetika naziri səudiyyəli həmkarı ilə hasilatın məhdudlaşdırılması məsələsini müzakirə etdi

13:42 - 6.12.2018


6 dekabr, Fineko/abc.az. Azərbaycanın energetika naziri Pərviz Şahbazov Vyanada  Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih ilə danışıqlar aparıb.

Nazirliyin məlumatına əsasən, görüşdə son dövrdə neftin qiymət dəyişikliyini şərtləndirən amillər, qısa və uzunmüddətli perspektivdə gözləntilər, qlobal neft bazarında tələb və təklifin vəziyyəti müzakirə edilib.

“Nazirlər, neft bazarının tənzimlənməsi baxımından OPEC və qeyri-OPEC ölkələri arasında əməkdaşlığın 2019-cu ildə də davam etdirilməsinin vacibliyi qeyd ediblər”, - məlumatda belə deyilir.

Məlumatda həmçinin deyilir ki,  nazirlər ölkələr arasında enerji əməkdaşlığının genişləndirilməsi üçün imkanları müzakirə ediblər.

 

Bütün xəbərlər