Azərbaycanın xarici işlər naziri ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü keçirilib

16:18 - 16.11.2017


16 noyabr, Fineko/abc.az. Xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Moskvada keçirdiyi görüş başa çatıb.

Azərbaycanın XİN-dən verilən məlumata əsasən, görüş konstruktiv xarakter daşıyıb, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair bütün təkliflər üzrə konkret müzakirələr aparılıb.

Görüş gedişatında təklif olunub ki, 7-8 dekabr tarixlərində Vyanada keçiriləcək ATƏT-in xarici işlər nazirlərinin toplantısı çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilsin.

Azərbaycan həmişə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin qısa bir zamanda həlli və regionda davamlı sülhün və sabitliyin təmin edilməsi üçün əsas, məntiqli və konkret danışıqları dəstəkləyir.

 

 

Bütün xəbərlər