Azərbaycanda “gizli qonaqlar” otelin ulduz kateqoriyasını müəyyən edəcək

14:14 - 6.12.2018


6 dekabr, Fineko/abc.az. Azərbaycanda yeni milli otel təsnifatı sistemini hazırlanır.

Yeni Hotellər Assosiasiyasının icraçı direktoru Günay Sağlam bildirib ki, təsnifat hər dörd ildə bir dəfə keçiriləcək.

“Ulduzlar” təyin edildikdən sonra, otel “gizli qonaq” tərəfindən ziyarət ediləcək və bu qonaq otelin təsnifatına uyğunluğunu müəyyən edəcək”, - deyə Günay Sağlam bildirib.

Onun sözlərinə görə, yeni milli otel təsnifatı sistemi gələn ilin sonundan tətbiq olunacaq.

 

Bütün xəbərlər