2018-ci ilin 11 ayı ərzində ARDNF-nin mənfəət nefti və qaz satışı üzrə gəlirləri 8,9 milyard dollara çatıb

15:57 - 6.12.2018


6 dekabr, Fineko/abc.az. 2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) "Azəri-Çıraq-Günəşli" blokundan (AÇG) və "Şahdəniz" yatağından mənfəət neftinin və kondensatın satışından əldə etdiyi gəlir 8,960 milyon dollar təşkil etmişdi.

ARDNF-in məlumatında deyilir ki, hesabat dövründə "Şahdəniz" yatağından kondensatın satışından neft fonduna 222 milyon dollar daxil olub.

ARDNF-nin məlumatına görə, 2001-ci ildən 1 dekabr 2018-ci il tarixinədək fonda ACG blokundan Azərbaycanın mənfəət neftinin satışından 137,446 milyon dollar, Şahdəniz yatağından isə qazın satışından 2007-ci ildən 1 dekabr 2018-ci il tarixinədək 2 506  milyon dollar daxil olub.

 

Bütün xəbərlər