2019-cu ildə Azərbaycan Dövlət Gömrük Komitəsi aksizli mallar hesabına daxilolmalar təmin edəcək

06.12.2018,16:54


6 dekabr, Fineko/abc.az. Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Vergi Məcəlləsinə düzəlişlər etməklə 2019-cu il üzrə büdcə gəlirlərinin proqnozunu təqdim etməyi planlaşdırır.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Caspian European Club-un üzvləri ilə görüşdə bildirib ki, büdcə daxilolmaları nəqliyyat vasitələrinə və enerji içkilərinə təyin edilmiş aksiz vergisi hesabına formalaşacaq.

“2019-cu ildə daxilolmaların proqnozlarını 3,702 milyard manat səviyyəsində yerinə yetirəcəyik və hətta bu səviyyədən artıq yerinə yetirməyə çalışacağıq”, - deyə S. Mehdiyev bildirib.

Onun sözlərinə görə, cari ilin büdcə daxilolmalarının proqnozu artıq müəyyən edilən səviyyədən çox yerinə yetirilib və  3,380 milyard manat (daxilolmaların proqnozu 3,215 milyard manat təşkil etmişdir) təşkil edir.