Aİ 2030-ci ilə qədər enerjinin təxminən üçdə birini bərpa olunan mənbələrdən əldə etməyi qarşısına məqsəd qoyub

10:32 - 7.12.2018


7 dekabr, Fineko/abc.az. 2030-cu ilə qədər Aİ enerjinin 32%-ni bərpa olunan enerji mənbələrindən əldə etməyi və enerji səmərəliliyi göstəricisini 32,5%-ə çatdırmalıdır.

Aİ-nin məlumatında deyilir ki, Şura tərəfindən bu gün təsqdiq edilmiş  təkrar baxılmış direktivdə, həmçinin, yenilənmiş enerjinin səmərəliliyi direktivində enerjinin səmərəliliyi üzrə yeni məqsədlər müəyyən edilib.

“Qanunvericilik sənədləri 2016-cı ilin noyabrında Komissiya tərəfindən təqdim edilmiş təmiz enerji paketinin bir hissəsidir. Şuranın bu günkü fəaliyyəti bu istiqamətdə atılan son addımdır. Üç qanunvericilik mətni, yəni adı çəkilən iki direktiv və idarəetmə əsasnaməsi adlandırılan sənəd 21 dekabr tarixində Aİ-nin Rəsmi Jurnalında dərc ediləcək və dərc olunduğu gündən üç gün sonra qüvvəyə minəcək”, - məlumata belə deyilir.

 

Bütün xəbərlər