OPEC ölkələri hasilatın azaldılmasının konkret həcmlərinə dair razılığa gəlmədi

07.12.2018,11:15


7 dekabr, Fineko/abc.az. Səudiyyə Ərəbistanın Energetika naziri Xalid əl-Faleh, dekabrın 7-də neft hasilatının azaldılmasına dair qərarın qəbul ediləcəyinə ümid edir.

TASS-ın verdiyi məlumata görə, OPEC ölkələri Vyanada hasilatın azaldılmasının konkret həcmində razılaşmadılar. Bunu, Səudiyyə Ərəbistanın Energetika naziri Xalid əl-Faleh açıqladı.

“Bizim hələ ki heç bir qərarımız yoxdur”, - deyə o, bildirdi.

O, qeyd etdi ki, Səudiyyə Ərəbistanı, neft hasilatının azaldılmasına dair qərarın OPEC + çərçivəsində dekabrın 7-də qəbul ediləcəyinə ümid edir. “Qərar sabah qəbul ediləcəkmi?” sualına "Mən buna ümid edirəm," -  deyə cavab verdi.  Eyni zamanda o, bu barədə əmin olmadığını bildirdi.

Nazir bildirib ki, hasilatın gündə 1 milyon barel azaldılması əsas ssenari olaraq qalır.

Eyni zamanda, cümə axşamı yığıncağının əvvəlində Əl-Faleh, nazirlərin hasilatın gündə 1 milyon barel azaldılmasını müzakirə etdiyini söylədi. TASS-ın məlumatına görə, neft hasilatı  2018-ci ilin oktyabr ayının səviyyəsindən azaldılacaq.

İraqın neft naziri Tamer əl-Qadban, görüşün sonunda həmçinin bildirib ki,  İraq neft hasilatının  azaldılmasına dair yekun qərarı cümə günü gözləyəcək.

“Biz sabah qeyri-OPEC ölkələri ilə müzakirə etməyə davam edəcəyik və razılaşmalara nail olacağımıza ümid edirik”, - deyə o, bildirdi.

O, hər bir nazirin OPEC-in monitorinq komitəsinin cümə axşamı keçirilən iclasında öz fikirlərini təqdim etdiyini, onların arasında heç bir anlaşılmazlıq olmadığını qeyd etdi.

“Fikir ayrılığı yox idi, müzakirələr vardı. Əlbəttə, hər kəsin öz nöqteyi nəzəri, öz maraqları vardı. Müxtəlif hasilat həcmi olan ölkələr müxtəliv vəziyyətdədir. Lakin [iclasda] fikir ayrılığı yox idi, obyektiv müzakirələr var idi”, - deyə o bildirdi.

Nazir hasilatın  azaldılması üzrə mümkün kvotalara, eləcə də bu kvotaların yerinə yetirilməsindən kimlərin azad edilə biləcəyi barədə  suallara şərh verməyib.

Omanın  neft və qaz naziri Məhəmməd bin Həməd ar-Rumhi bildirib ki, ölkə OPEC + çərçivəsində  neft hasilatının gündə 1-1.3 milyon barrel azaldılmasını  optimal  hesab edir.

“Bu, təxminən 1 milyon, 1,2-1,3 milyon bareldir. Hər halda, bu, 1 milyon bareldən çoxdur”, - o, neft hasilatının azaldılmasının hansı səviyyəsinin optimal olması barədə suala belə cavab verib.

O, həmçinin bildirib ki, dekabrın 7-də keçirilən görüşdə nazirlər əməkdaşlıq sazişini daha 1-2 il uzada bilərlər.

"Bilirsiniz, biz azaltma şərtlərini müzakirə edirik və bu, qeyd olunduğu kimi, artıq altı aydan başlayaraq bir müddətdir. Sabah gündəmdə olan ikinci məsələ əməkdaşlıq müqaviləsinin uzadılmasıdır və biz düşünürük ki, sabah onu daha 1-2 il uzadacağıq”, - deyə o bildirdi.

 

Açar sözlər: OPEC