MDB dövlət başçılarının qeyri-rəsmi sammiti keçirildi

07.12.2018,11:31


7 dekabr, Fineko/abc.az. Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti keçirilib.

Azərbaycan prezidenti İlham Əliyev Rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə sammitdə iştirak edib.

Görüşdən sonra MDB dövlət başçılarının qeyri-rəsmi naharı oldu.

Dövlət başçıları Sankt-Peterburq Dövlət Akademik Mariinski Teatrında Pyotr Çaykovskinin “Şelkunçik” baletinə baxdılar.

Qeyri-rəsmi sammit MDB ölkələrinin liderlərinin qeyri-rəsmi şəraitdə keçirdiyi söhbətdir. Burada Birliyin hər bir üzvü istənilən maraqlı məsələni qaldıra  bilər.

MDB ölkələrinin liderlərinin qeyri-rəsmi görüşləri ənənəvi haldır. Əvvəlki görüş keçən ilin dekabr ayında Rusiya prezidentinin Moskva vilayətində yerləşən Novo-Oqaryovo iqamətgahında keçirilmişdir. Həmin görüşdə ilin yekunları açıqlanmış və müxtəlif sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparılmışdır.