Azərbaycan İrandan diri quş və quşçuluq məhsullarının idxalına qadağa qoyub

07.12.2018,11:50


7 dekabr, Fineko/abc.az. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) quş qripi virusunun yayılma riski barədə əhaliyə xəbərdarlıq edib.

AQTA-nın məlumatında deyilir ki, quş qripi virusu İran İslam Respublikasının Tehran vilayətində müəyyən edilmişdir.

“Bununla əlaqədar olaraq, Tehran vilayətindən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub. Eyni zamanda Agentlik tərəfindən Tehran vilayətindən gələn və ya həmin ərazidən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Dövlət Gömrük Komitəsinə aidiyyatı üzrə müraciət olunmuşdur”, - məlumatda belə deyilir.

 

Açar sözlər: Quş qripi AQTA