Novak: Rusiya neft hasilatının azaldılmasını müzakirə etməyə hazırdır

15:21 - 7.12.2018


7 dekabr, Fineko/abc.az. OPEC+ nazirləri  neft təklifinin həddindən artıq olmasının qarşısını almaq üçün 2019-cu ildə hasilatın azaldılmasının mümkünlüyünü müzakirə edirlər.

OPEC-in katibliyinə neft ixrac edən ölkələr nazirlərinin toplantısında gələn Rusiya Energetika naziri Aleksandr Novak jurnalistlərə bildirib ki, Rusiya, neft hasilatının azaldılması barədə razılığa gəlməyə hazırdır.

Rusiyanın hasilatın azaldılmasını müzakirə etməyə hazır olub olmadığını barədə suala, “Biz,  danışıqlar aparacağıq” cavabı verib.

Reuters-in verdiyi məlumata görə, Rusiya Federasiyası neft hasilatını gündə 200 min barel azaltmağa razilaşa bilər.

OPEC+ nazirləri 5-7 dekabr tarixlərində Vyanada keçirilən görüşdə ABŞ-da hasilatın artması və İrana qarşı sanksiyaların yumşaldılması səbəbindən neft təklifinin həddindən artıq olmasının qarşısını almaq üçün 2019-cu ildə hasilatın azaldılmasının mümkünlüyünü müzakirə edirlər.

6 dekabr tarixində 6 saat davam edən OPEC iclası, konkret razılaşmalar olmadan sona çatdı, hərçənd,  OPEC-in bütün iştirakçıları üçün gündə 1 milyon barel azaltma əsas ssenari olaraq qalır. Azaldılma üçün baza ay 2018-ci ilin oktyabrıdır.

OPEC ölkələri üçün fərdi kvotaların müəyyən edilməsi, həmçinin İran, Venesuela (hər ikisi sanksiya altındadır), Liviya və Nigeriya (hər ikisi 2017-ci ildə azaltmamaq imkanı əldə ediblər) kimi ölkələrə istisnalar haqqında məsələ dekabrın 6-da maneə kimi qiymətləndirilib. Bunu,   OPEC-də iclas iştirakçıları TASS-a xəbər veriblər.

Neft nazirlərinin Vyana görüşlərini əhatə edən mətbuatın əsas diqqəti Novakın danışıqlarda təmsil etdiyi Rusiya mövqeyinə yönəlib.

OPEC + Platforması kimi tanınan əməkdaşlıq haqqında saziş,bu il sona çatacaq, dekabrın 7-də nazirlər 1 yanvar 2019-cu ildən əməkdaşlığı möhkəmləndirəcək yeni, müddətsiz xartiya imzalamalıdırlar.

 

Bütün xəbərlər