Qazaxıstan OPEC+ sazişi çərçivəsində neft hasilatını azaltmağa hazırdır

07.12.2018,15:28


7 dekabr, Fineko/abc.az. Qazaxıstan OPEC+ sazişi çərçivəsində  neft hasilatını azaltmağa hazırdır  və  azaldılan hasilatın həcmləri üzrə özü üçün istisna xahiş etməyəcək.

Bu barədə jurnalistlərə ölkənin energetika naziri Kanat Bozumbayev bildirib.

“Biz hər zamanki kimi dəstəkləyəcəyik. Biz, azaldılmağa, endirməyə hazırıq”, - deyə o bildirib, lakin hasilatın azaldılma həcmini qeyd etməyib və əlavə edib ki, bu, danışıqların nəticələrindən asılı olacaq.

Onun sözlərinə görə, Qazaxıstan yaxın günlərdə Kaşağan yatağında sutkada 370 min barel hasilat əldə edə biləcək.