Şimali Qafqaz və Azərbaycanın kurortları vahid Ski Pass tətbiq edə bilər

07.12.2018,15:43


7 dekabr, Fineko/abc.az. Rusiyanın Şimali Qafqaz Federal Dairəsi və Azərbaycan  kurortlarında vahid Ski Pass tətbiq oluna bilər.

Bu barədə “Qafqaza sərmayə yatır” biznes forumunda “Şimali Qafqaz Kurortları” (ŞQK) şirkətinin baş direktorunun müavini Rüstəm Tapayev bildirib.

“ŞQK-da Qafqaz dağlarında böyük turizm klasterinin formalaşması ilə məşğuldurlar.  İndi biz Azərbaycanda fəaliyyət göstərən kurortlarla əməkdaşlıq edirik və daha da inkişaf etdirmək, vahid təqvimlər hazırlamaq, turistlərlə qarşılıqlı əlaqə yaratmaq, vahid Ski Pass tətbiq etmək istəyirik”.

Ski Pass, bütün liftləri istifadə edə və sərhədsiz sayda istənilən yoldan  enməklə, xizək stansiyasının ərazisinə turniketdən keçməyə imkan verən maqnit kartdır.