Azərbaycan qəbiristanlıqlarında yerlər pulsuz oldu

16:04 - 7.12.2018


7 dekabr, Fineko/abc.az. Azərbaycanın Baş naziri Novruz Məmmədov qəbiristanlıqların yaradılması və idarə olunması üzrə qaydaları təsdiqləyib.

Qaydalara görə, qəbiristanlıqlarda məzar yerləri Azərbaycanda pulsuz veriləcəkdir. Qəbiristanlıqda dəfn olunma yerləri yaşayış məntəqəsinin sakinlərinin  dini mənsubiyyətinə və milli ənənələrinə görə, dəfn  üçün yerlərin ölçüsünün nəzərə alınması ilə, seksiyalara  bölünəcəkdir, bu barədə məlumatlar qəbiristanlıq girişində görünən və oxunan bir yerdə informasiya lövhəsində yerləşdiriləcəkdir.

Həmçinin pulsuz yerlər qəbiristanlıq rəhbərliyi tərəfindən Azərbaycanda  olan və ya yaşayan xarici vətəndaşlar və ya vətəndaşlığı olmayan şəxslərə təqdim olunacaq.

Dəfn yerinin, dəfn edilmiş şəxsin qohumları tərəfindən təkrar istifadəsinə, yalnız dəfndən 25 il sonra və qohumluq əlaqələrini təsdiq edən müvafiq sənədlərin təqdim edilməsi ilə icazə verilə bilər.

Qaydalar həmçinin qəbirləri hasara almağı qadağan edir. Belə ki, bir başdaşının quraşdırılması zamanı onun hündürlüyü  ən çox 1 metr, eni 0,6 metr olmalıdır və qəbirin 0,6 metr eni və 0,25 metr hündürlüyü olan təməlində dayanmalıdır. Qəbir daşı yerdən 0,2 metr hündürlükdə, 1,2 metr uzunluğa qədər və 0,6 metr enində quraşdırılmalıdır. Qəbir daşlarını qurarkən qəbir sıralarına diqqət yetirilməli, qəbirlər isə hasara alınmamalıdır.

 

Bütün xəbərlər