Azərbaycanda 1404 arıçıya 373 930 manat məbləğində subsidiya verildi

07.12.2018,16:10


7 dekabr, Fineko/abc.az. Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyində Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə subsidiyanın verilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.

Nazirliyin məlumatında deyilir ki, komissiya ölkənin 13 rayonundan daxil olan sənədləri nəzərdən keçirib.

“Komissiya, 1404 arıçıya 373930 manat məbləğində subsidiyanın verilməsi barədə qərar qəbul edib”, - nazirlikdən belə xəbər verilib.

Azərbaycanda arıçılar, fiziki və hüquqi şəxslər hər arı ailəsi üçün 10 manat məbləğində subsidiyalar alırlar.